Balıq əti — həm sağlam, həm də dadlı bir seçimdir. Dəniz və çay məhsulları arasında ən qidalı mənbələrdən biri sayılır və düzgün istifadə olunduqda həm orqanizmə faydalı, həm də kulinariya baxımından ləzzətli olur.
Balıq ətinin faydaları:
- Ürək sağlamlığını qoruyur.
Balıqda olan Omeqa-3 yağ turşuları infarkt və təzyiq riskini azaldır, qan dövranını yaxşılaşdırır. - Beyin və yaddaş üçün idealdır.
Xüsusilə somon və sardina kimi yağlı balıqlar beyin funksiyalarını dəstəkləyir. - Zülal və vitaminlərlə zəngindir.
Balıq əti B qrupu vitaminləri, D vitamini, sink, selen və yodla zəngindir. - Pəhriz və immunitet dəstəyi-
Az kalorili və yüngül olduğuna görə pəhriz zamanı əvəzsizdir. Eyni zamanda immun sistemini gücləndirir. - Dəri və göz sağlamlığına dəstək-
Balıqda olan A vitamini və Omeqa-3, dərini qidalandırır və görmə qabiliyyətini qoruyur.
İstifadə qaydaları və bişirmə üsulları:
Balıq əti çox yönlüdür – fərqli üsullarla bişirilə və servis oluna bilər:
- Tavada qızartma: Yağlı balıqlar üçün ideal (məs. kefal, sazan).
Sobada limon və göyərti ilə bişirmə:Levrek və çupra üçün tövsiyə olunur.
Az duzlu, dilimlənmiş losos:Hazır şəkildə çörək və salatlarda istifadə edilir.
Buxarda və ya qril üsulu: Sağlam qidalananlar üçün ən uyğun variantlardır.
Məsləhət:
Balıq həftədə ən az 2 dəfə rasionda yer almalıdır. Təzə, keyfiyyətli və düzgün saxlanmış məhsul seçin – Seafish bu işdə sizin tərəfdaşınızdır!
🛒 Seafish.az üzərindən ən təzə balıqları sifariş edin:
📦 Vakumlu qablaşdırma
🚚 Bakı daxili və rayonlara sürətli çatdırılma
📲 WhatsApp və Instagram sifarişi ilə rahat alış